DÜNYA


Kiyevə kamikadze dronlarla hücum edilib

Bu gün səhər saatlarında Kiyevdə və vilayətində kamikadze dronların hücumu ilə bağlı həyəcan siqnalı eşidilir. Artıq ondan çox düşmən hədəfi vurulub.AZƏRTAC xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, hava hücumundan müdafiə və elektron döyüş bölmələrinin səmərəli işi sayəsində Rusiyanın 13 pilotsuz uçuş aparatı məhv edilib.