Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahibsiz küçə heyvanları üçün yuvalar düzəltdirən xanım

15.12.2022 [11:33]

Qış aylarında havalar təbii olaraq soyuq keçir, belə vaxtlarda sahibsiz küçə heyvanları üçün də çətin olur. Video bloqer Nigar Əsgər bunun üçün maraqlı və eyni zamanda faydalı təşəbbüs həyata keçirib. Belə ki, xeyirxah xanım həmin sahibsiz küçə heyvanları üçün müxtəlif yerlərdə yuvalar düzəltdirməyə başlayıb.