Türkiyədə törədilən partlayışda doqquz nəfər yaralanıb
16.12.2022 [11:21]
Xəbərin mətni
Türkiyənin Diyarbəkir bölgəsində güclü partlayış törədilib.AZƏRTAC xəbər verir ki, Ankara vaxtı ilə saat 05:10-da Mardin yolunda xüsusi təyinatlı polisləri daşıyan avtomobilin keçdiyi yerdə bomba partladılıb. Parlayış yol kənarında dayanan avtomobildə olub.Yaralanmış 8 polis məmuru və bir mülki şəxs xəstəxanalara aparılıb. Onlar üçün həyati təhlükə yoxdur.Partlayışa görə iki nəfər şübhəli qismində saxlanılıb.