Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda ticarət mərkəzində yanğın baş verib

16.12.2022 [14:52]

Xəbərin mətni

İstanbulun mərkəzində yerləşən “Metrocity” ticarət mərkəzində şiddətli yanğın baş verib. AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Beşiktaş rayonunda meydana gəlib. Bölgəyə çox sayda yanğınsöndürmə briqadalar cəlb edilib. Xəsarət alanlarla bağlı hələ məlumat yoxdur.