CƏMİYYƏT


Cəlilabadda payızlıq kələmin yığımı davam edir - qiymət fermerlərin ürəyincədir

Cəlilabadda payızlıq kələmin yığımı davam edir. Bu vaxtadək sahələrdən 30 tonadək məhsul götürülüb. Ötən illərə nisbətən bu il satış qiyməti də fermerlərin ürəyincədir.AZƏRTAC xəbər verir ki, rayonda iqtisadiyyatın əsasını taxılçılıq, üzümçülük təşkil etsə də, tərəvəzçiliyə də böyük önəm verilir. Əkin sahələrinin əksəriyyətini isə kartofçuluq əhatə edir. Ümumiyyətlə, hər il rayonda 6 min hektara yaxın tərəvəz yetişdirilir. Torpaq-iqlim şəraiti təkrar əkinlər üçün də çox əlverişlidir. Ən çox təkrar əkilən məhsullar xiyar, lobya, kartof, kələm və yerköküdür.