Xabarovskda avtobus qəzası: azı 8 ölü
16.12.2022 [17:37]
Xəbərin mətni
Rusiyanın Xabarovsk vilayətində avtobusun qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, hadisə Xabarovsk və Komsomolsk na Amure şəhərlərini birləşdirən yolda baş verib. “Amur minerals” şirkətinin əməkdaşlarını daşıyan avtobus yol kənarına aşıb. Nəticədə azı 8 nəfər həlak olub, 22 nəfər xəsarət alıb.