RƏSMİ


Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclas keçirilib Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edib.