Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyada neft-qaz mədənində güclü partlayış və yanğın baş verib

19.12.2022 [12:00]

Rusiyanın İrkutsk vilayətində Markovskoye neft-qaz yatağında güclü partlayış baş verib. KİV-in məlumatına görə, mədəndə təbii qazın kompleks hazırlanması üçün texnoloji avadanlıq yanıb. Bildirilir ki, yanğın təxminən min kvadratmetr ərazini əhatə edib. Hadisə şahidlərinin sözlərinə görə, insident nəticəsində zərərçəkənlər var.