MƏDƏNİYYƏT


Borsunlu tarixinə işıq salacaq qədim məzarlıq

Borsunlu kəndi Tərtər rayonunun ən qədim yaşayış məskənlərindəndir. Kəndin ərazisindəki Tunc və İlk dəmir dövrünə aid edilən kurqanlar dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısındadır. Borsunlu kəndinin qədimliyinin sübutlarından biri də köhnə qəbiristanlıqdır. 30 il təmas xəttində qaldığından bu qəbiristanlığa getmək, burada araşdırma aparmaq mümkün olmayıb. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra artıq sakinlər köhnə qəbiristanlığı ziyarət edə bilirlər. Kənd sakinləri buradakı qədim qəbir daşlarının və türbələrin əsrlərlə yaşı olduğunu bildirirlər.AZƏRTAC-ın bölgə müxbiri Borsunluya gedərək kəndin tarixi və abidələri ilə maraqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır