DÜNYA


Yaponiyada güclü qar fəsadlar törədib

Yaponiyaya yağan güclü qar fəsadlar törədib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu səbəbdən ən azı 9800 ev işıqsız qalıb. Niiqata prefekturasında avtomobillərin hərəkəti çətinləşib. Bir neçə istiqamətdə qatarların hərəkətinə məhdudiyyətlər qoyulub.