DÜNYA


Türkiyə dağlarında azan rusiyalı turistlər xilas edildi

Türkiyədə dağlarda itən dörd rusiyalı turist helikopterlə xilas edilərək təxliyə olunub.Məlumata görə, Kəmər-Beldibi bölgəsində dağlıq əraziyə gəzintiyə çıxan rusiyalı üç kişi və bir qadın geri yol tapa bilməyincə kömək istəyiblər.Onların hamısının xilas edilərək helikopterlə Kəmərə aparıldığı bildirilib. Əcnəbilərin sağlamlıq vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.