CƏMİYYƏT


Dünya uşaqların idi...

Əslində, xoşbəxtlik üçün çox şey lazımdır. Amma onları xoşbəxt etmək üçün bəzən bir oyuncaq, bir təkərli konki, rəngli flomaster dəsti də kifayət edir. Bu gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan uşaqlar həmin xoşbəxtliyi yaşadılar. AZƏRTAC-ın əməkdaşlarının onlara gətirdiyi Yeni il hədiyyələri sığınacağın balaca sakinlərinin hamısının ürəyincə oldu.