CƏMİYYƏT


Neftçalada brakonyerliklə məşğul olan şəxs barəsində cinayət işi açılıb

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən Yuxarı Qarabağ kanalının Neftçala rayonunun Haqverdilər kəndi ərazisindən keçən hissəsində aparılan reyd zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan Biləsuvar rayon sakini İsa İmanov saxlanılıb.