CƏMİYYƏT


Növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. AZƏRTAC xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində 1000-dən artıq sakinin yaşadığı A.Məhərrəmov küçəsi 33, 33b və 35 saylı binaların əhatə etdiyi ərazidə abadlıq-quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.