ABŞ-da qar fırtınası və şaxta səbəbindən minlərlə aviareys ləğv olunub
23.12.2022 [18:30]
ABŞ-ın böyük bir hissəsində hökm sürən soyuq hava və qar fırtınası səbəbindən 3000-dən çox aviareys ləğv olunub, yaxud təxirə salınıb. AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti ən çox Vaşinqton, Nyu-York, Çikaqo və Denver aeroportlarının işinə təsir göstərib.