CƏMİYYƏT


Şamaxı Yeni ilə hazırlaşır

Yeni il münasibətilə Şamaxının küçə və prospektlərində al-əlvan bayram atributları quraşdırılıb.AZƏRTAC xəbər verir ki, Şamaxı rayonunun küçə və meydanlarında Yeni ilin gəlişi ilə əlaqədar hazırlıq işləri görülüb. Şəhərin girişində, eləcə də yeni salınmış dairəvi yolun ətrafında və Heydər Əliyev Parkında müasir işıqlandırma sistemlərindən istifadə edilməklə Yeni il atributları və müxtəlif dizaynda bəzədilmiş əyləncəli qurğular quraşdırılıb. Küçə və prospektlərin bayram atributları ilə bəzədilməsi rayon sakinləri ilə yanaşı, qonaqların da zövqünü oxşayır və marağa səbəb olur.