Cənubi Afrikada yanacaq tankeri partlayıb
25.12.2022 [12:28]
Cənubi Afrikanın Yohannesburq şəhərinin şərqində xəstəxana yaxınlığında yanacaq tankerinin partlaması nəticəsində azı 10 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, partlayış şənbə günü səhər saatlarında Tambo Memorial Xəstəxanasından təxminən 100 metr aralıdakı körpünün altında baş verib.