CƏMİYYƏT


Şəhid ailələri və qazilər üçün Yeni il şənliyi keçirilib

Dekabrın 25-də Bakı şəhərində Azərbaycan Könüllüləri təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün Yeni il şənliyi keçirilib.
Şənlik Vətənimiz bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı bildirilib.