CƏMİYYƏT


Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib: ölən və yaralanan var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Çöhranlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Balakən rayon sakini 31 yaşlı Rəvan Ramazan oğlu Qınçıyev içərisi meyvə ilə dolu olan “Ford Tranzit” markalı avtomaşınla Kürdəmir istiqamətində qarşıda gedən Tovuz rayon sakini Akif Cəfərovun idarə etdiyi və mişar daşı ilə dolu olan “Kamaz” yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “Ford”un sürücüsü Rəvan Qınçıyev və sərnişin Elvin Oktay oğlu Kərimov ağır bədən xəsarətləri alıblar.