DÜNYA


İtaliyada həbsxanadan 7 məhbus qaçıb

İtaliyanın Milan şəhərində azyaşlıların saxlandığı “Cesare Beccaria” həbsxanasından 7 məhbus qaçıb. AZƏRTAC xəbər verir ki, yaşları 17-19 arasında olan məhbuslar həbsxananın həyətində aparılan təmir işlərindən istifadə edərək məftil çəpəri qırmaqla həbsxananı əhatə edən divarı aşıblar. Bəzi məhbuslar isə etiraz əlaməti olaraq həbsxanada kiçikmiqyaslı yanğınlar törədib, əraziyə təhlükəsizlik qüvvələri və mülki-müdafiə qüvvələri cəlb olunub.