CƏMİYYƏT


Hazırda 34 uşaq sosial reabilitasiya xidməti ilə təmin edilir

İl ərzində Sosial Xidmətlər Agentliyi tərəfindən 97 uşağa səyyar sosial reabilitasiya xidməti göstərilib. Hazırda 6 yaşadək olan 34 nəfər səyyar sosial reabilitasiya xidməti ilə təmin edilir. AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.