CƏMİYYƏT


74 il əvvəl yaşanan faciə - Qərbi Azərbaycandan sürgün olunan Əhməd dayı o günləri xatırlayır

“Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi bu fikirlər Salyan rayonunun Marışlı kəndində yaşayan Zeynalovlar ailəsinin bir gün ata-baba yurdlarına qayıdacaqları günə inamını artırıb. Zeynalovlar ailəsi 74 il əvvəl öz doğma yurdlarından - Qərbi Azərbaycandan sürgün olunub.