DÜNYA


Yaponiyada güclü qarın yağması nəticəsində 17 nəfər ölüb

Yaponiyanın şimal və qərbində ötən həftə başlayan güclü qar nəticəsində 17 nəfər ölüb, daha 110 yapon yaralanıb. Bu barədə Milli İşlər Nazirliyinin yanğınsöndürmə idarəsi xəbər verib. Məlumata görə, Yaponiyaya güclü qar dekabrın 17-dən etibarən yağmağa başlayıb. Artıq təkcə Yamaqata prefekturasında qarın qalınlığı 169 santimetrə çatıb.