DÜNYA
Vatsap dekabrın 31-dən bəzi cihazlarda işləməyəcək
28.12.2022 [13:54]
Vatsap bu il dekabrın 31-də bəzi “Apple”, “Samsung” və “Huawei” cihazlarında işini dayandıracaq. AZƏRTAC xəbər verir ki, bu barədə “Gizchina” nəşri məlumat yayıb.Nəşrin məlumatına görə, bu, tərtibatçının messenceri köhnəlmiş qurğulara uyğunlaşdırmaqdan imtina etməsi ilə bağlıdır. Ümumilikdə, vatsapın söndürülməsi smartfonun 49 modelinə təsir edəcək. Bunlara “iPhone 5” və “5c”, “Samsung Galaxy S2”, “Samsung Galaxy S3 mini”, “Huawei Ascend Mate”, “Huawei Ascend P1” və seçilmiş LG, HTC və “Lenovo” cihazları daxildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
31.05.2023 [14:20]
29.05.2023 [21:54]
01.06.2023 [09:11]
01.06.2023 [08:52]