CƏMİYYƏT


Göyçayda avtomobil traktorla toqquşdu, xəsarət alan var

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nə məxsus 99-PE-497 dövlət nömrə nişanlı "Xəzər" markalı minik avtomobili qarşı tərəfdə və eyni istiqamətdə hərəkətdə olan traktora arxadan çırpılıb. Hadisə zamanı xidməti minik avtomobilinin sürücüsü xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır