Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-də buzla örtülmüş şəhər

28.12.2022 [17:55]

ABŞ-da Eri gölünün sahilində yerləşən yaşayış məntəqələrindən biri güclü şaxtalar nəticəsində tamamilə buzla örtülüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər buz dövrünü xatırladır. Qeyd edək ki, ABŞ-nın böyük bir hissəsində şaxtalı hava şəraiti davam edir və qar fırtınası yaşanır.