Serblər Kosovonun şimalında barrikadaları sökməyə başlayıblar
29.12.2022 [15:35]
Bu gün səhər saatlarında serblər Kosovonun şimalında və Metohiyada quraşdırdıqları barrikadaları sökməyə başlayıb. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, artıq “Merdare” nəzarət-buraxılış məntəqəsində qurulan barrikada tamamilə sökülüb. Həmçinin regionun digər bölgələrində barrikadaların sökülməsi prosesi başlayıb.