MƏDƏNİYYƏT


“Euronews” kanalında Azərbaycandakı palçıq vulkanlarına həsr olunmuş proqram yayımlanıb

Avropanın məşhur “Euronews” kanalında Azərbaycanla bağlı yayımlanan silsilə filmlər çərçivəsində ölkəmizdəki palçıq vulkanlarına həsr olunmuş proqram yayımlanıb. Telekanalın aparıcısı Monika Pinnanın müəllifi olduğu proqramda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verib.