CƏMİYYƏT


“TikTok”da dələduzluq edən şəxs saxlanılıb

Paytaxt ərazisində polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək insanları aldadan, həmçinin bank kartlarından oğurluqlar edən şəxslər saxlanılıblar. Belə ki, “TikTok” sosial şəbəkəsində bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirərək ona müraciət edənlərdən beh adı altında müxtəlif məbləğlərdə pul alan və daha sonra həmin şəxsləri aldadan Nihat Qurbanov tutulub. O, ifadəsində bu yolla təqribən 45-50 nəfəri aldatdığını və pul aldığı şəxsləri sonradan onunla əlaqə saxlamamaları üçün bloka atdığını bildirib.