SİYASƏT


Azərbaycan-Çin münasibətləri öz inkişaf dinamikasını 2022-ci ildə də qoruyub

Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri müasir dövrdə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Ötən dövrdə tərəflər arasında bütün sahələrdə əməkdaşlıq davamlı inkişaf edib. Bu əməkdaşlıq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu 2022-ci ildə də öz inkişafını davam etdirib.