Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avstraliyada iki helikopter çimərlik üzərində toqquşub, ölənlər var

02.01.2023 [11:46]

Xəbərin mətni

Avstraliyanın Brisben şəhəri yaxınlığındakı “Gold Coast” çimərliyi üzərində iki helikopterin toqquşması nəticəsində ölənlər və xəsarət alanlar var.
AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, qəzanın baş verdiyi Kvinslend ştatının təcili yardım xidməti 13 nəfərin xəsarət aldığını bildirib.