DÜNYA


Vatikanda Papa XVI Benediktlə vida mərasimi keçirilib

Yanvarın 5-də Roma Katolik Kilsəsinin keçmiş rəhbəri XVI Benediktlə vida mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Müqəddəs Pyotr meydanında baş tutan təntənəli mərasimdə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, İtaliyanın Baş naziri Ciorcia Meloni, yüksək vəzifəli şəxslər və 50 minədək dindar iştirak edib.