Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yaponiyada 212 kiloqramlıq tuna balığı 271 min dollara satılıb

05.01.2023 [17:45]

Tokioda ilin ilk hərracında 212 kiloqramlıq mavi tuna balığı 36,04 milyon yenə (təxminən 271 min dollar) satılıb. Bu hərracda iştirak Yaponiyanın restoran biznesi üçün prestijli sayılır. AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, hərracın təşkilatçıları satılan balığın ölkənin şimalında yerləşən Aomori prefekturasının Oma limanından gətirildiyini bildiriblər.