CƏMİYYƏT


Cari ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub

Dövlət başçısının yeni sərəncamı ilə ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanılıb. AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla əlaqədar keçirilən brifinqdə deyib.