CƏMİYYƏT


Saatlıda intensiv alça bağında çiçəklərin mayalanması üçün bal arısı və ya bombus arılarından istifadə olunacaq

Saatlıda yerləşən intensiv alça bağında mövsümə uyğun aqrotexniki qulluq işlərinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 14 hektar ərazidə salınan intensiv alça bağı Saatlı rayonunun Qaralar kəndində yerləşir. Bağda Naxçıvan göycəsi adı ilə tanınan alça növü yetişdirilir. Ağaclardan bol məhsul götürmək üçün 15 günə yaxındır mövsümi qulluq işlərinə start verilib. Dördüncü yaş dövründə olan ağacların artıq budaqlardan təmizlənməsi işləri görülür.