Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

ABŞ-ın ən yaşlı qadın sakini vəfat edib

06.01.2023 [12:03]

Xəbərin mətni

Amerika Birləşmiş Ştatlarının ən yaşlı qadın sakini Bessi Hendrix 115 yaşında vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb. Məlumata görə, qadın çərşənbə axşamı dünyasını dəyişib. Herontoloqlardan ibarət tədqiqat qrupunun fikrincə, Hendrix dünyanın ən yaşlı dördüncü insanı idi. O, 1907-ci il noyabrın 7-də Ayovada anadan olub.