DÜNYA
Fransada dərman qıtlığı ilə bağlı gərginlik davam edir
07.01.2023 [16:41]
Fransada dərman qıtlığı ilə bağlı gərginlik davam edir. AZƏRTAC xəbər verir ki, ölkədə qrip, COVID-19 və bronxit epidemiyası ilə bağlı 300 adda dərman ehtiyatı tükənib. Dolipran, Efferalqan kimi çox işlənən dərmanlarla bağlı ciddi qıtlıq yaşanmaqdadır. Həkimlər bildirirlər ki, apteklərin 70 faizində antibiotik- amoksisillin yoxdur. Antibiotikin uşaqlar üçün xüsusilə vacib olduğu qeyd edilir.