CƏMİYYƏT


Muğanlı-İsmayıllı yolunun kənarında qarın hündürlüyü 30 santimetrə çatır

Ötən gecədən başlayaraq yağan güclü qar Muğanlı-İsmayıllı avtomobil yolunda bəzi çətinliklər yaradıb. Çovğun və yolun buz bağlaması səbəbindən minik avtomobillərinin, sərnişin mikroavtobuslarının, yük maşınlarının hərəkəti qısa müddətlik çətinləşib. Bundan əlavə, güclü külək dağlardakı qarı yola tökərək avtomobillərin hərəkətinə mane olur. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.