“Sədərək” ticarət mərkəzində baş vermiş yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib
08.01.2023 [23:41]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb. FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib. Hadisə ilə əlaqədar araşdırma aparılır.