Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saatlıda silsilə oğurluqlar törədən şəxs saxlanılıb

09.01.2023 [10:27]

Xəbərin mətni

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən rayonun Qıraqlı kənd sakini, əvvəllər törətdiyi müxtəlif cinayətlərə görə ümumilikdə 25 il həbs həyatı yaşayan Əfqan Quliyev saxlanılıb.