Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da atışma olub, ölən və yaralananlar var

09.01.2023 [13:31]

ABŞ-ın Kaliforniya ştatının Dinuba şəhərindəki Dikki parkında atışma olub. AZƏRTAC xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları parkda üç orta məktəb şagirdini çoxsaylı güllə yaraları ilə aşkar ediblər.