CƏMİYYƏT


Salyanda yük maşınları toqquşub, ölən və yaralanan var

Salyan rayonunda “KamAZ” markalı yük maşınları toqquşub, bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan 44-CG-110 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını qarşıda gedən unla dolu 44-CA-948 dövlət nömrə nişanlı eyni markalı yük maşınının qoşqusuna, sonra isə beton arakəsməyə çırpılıb. Qəza nəticəsində 44-CG-110 dövlət nömrə nişanlı yük maşınının sürücüsü xəsarət alıb, sərnişin, Masallı rayon sakini 1985-ci il təvəllüdlü Kiçibəyov Rahib Elbəy oğlu isə ölüb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının əziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.