DÜNYA


Peruda hökumət əleyhinə etirazlarda azı 12 nəfər ölüb

Perunun Juliaca şəhərində hökumət əleyhinə etirazlarda azı 12 nəfər ölüb, 38 nəfər yaralanıb. AZƏRTAC xəbər verir ki, bu barədə San Roman əyalətinin səhiyyə sistemi məlumat yayıb. Ölənlərin arasında bir azyaşlı da var. Qeyd edək ki, yanvarın 6-da Juliaca hava limanı yaxınlığında etirazçılarla polis arasında toqquşmalar başlayıb. Nümayişçilər prezident Dina Boluartenin istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər.