Azərbaycan Dövlət İnformasiya Agentliyi

Külli miqdarda narkotik vasitəni həyətindəki taxıl anbarında gizlədən şəxs saxlanıldı

10.01.2023 [10:57]

Xəbərin mətni

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Çiyni kənd sakini Anar Əliyev saxlanılıb. AZƏRTAC xəbər verir ki, polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən yardımçı tikilidən külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, A.Əliyev tərəfindən arpa dənlərinin altında gizlədilmiş və təmiz çəkisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusunda və 17 ədəd kağız bükümdə qablaşdırılmış marixuana aşkar olunaraq götürülüb.