CƏMİYYƏT


Saray qəsəbəsində ölümlə nəticələnən avtoqəza baş verib

Bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı naməlum sürücü idarə etdiyi “Mersedes” markalı avtomobillə əvvəlcə kişi piyadanı, daha sonra isə yetkinlik yaşına çatmayan bir qızı vurub. Xəsarət alan birinci piyada xəstəxayana yerləşdirilib amma yetkinlik yaşına çatmayan şəxs aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü qəzadan sonra piyadalara heç bir köməklik etmədən hadisə yerindən uzaqlaşıb. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəzanı törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü Qafarxan Qafarov tutularaq istintaqa təqdim edilib.