CƏMİYYƏT


İmmi nənənin bir arzusu var: "Çox istərdim ki, göz oxşayan gözəllikləri yenidən görüm"

İrəvan xanlığının Sərdarabad mahalı. Tarixi Azərbaycan torpaqları sayılan həmin ərazilərdən vaxtilə məcburi köçürülən azərbaycanlı ailələr bu gün doğma ata-baba yurdlarının həsrəti ilə yaşayırlar. Onların sönməyən ümidləri yenidən canlanıb. Prezident İlham Əliyevin əzəli torpaqlarımız olan Qərbi Azərbaycan haqqında çıxışı Sərdarabad mahalından olan 85 yaşlı İmmi Rəsulovanı da sevindirib. Çünki İmmi nənə də öz doğma yurduna qayıtmaq, gözəl və səfalı yerləri yenidən görmək arzusundadır.