CƏMİYYƏT


Qarlı hava şəraitində baş verən qəzalarda xəsarət alan və ölənlər var

Yanvarın 8-dən Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar müşahidə olunur. Mövsümi vəziyyətlə bağlı olaraq yollarda yarana biləcək problemlərin qarşısını almaq məqsədi ilə tədbirlər görülsə də gözlənilməz qəzalar olub. Bu haqda ətraflı olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev məlumat verib. O bildirib ki, Respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib. Həmçinin qarlı hava şəraitində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli də danışıb.