Qar örtüyü kənd təsərrüfatında həm də ziyanvericilərə qarşı təbii mübarizə rolunu oynayır
11.01.2023 [10:46]
Xəbərin mətni
Yeni ilin ilk on günlüyündə ölkə ərazisində havanın qarlı keçməsi əkin sahələrində gələcək məhsuldarlığın xəbərvericisidir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 8-dən 9-na keçən gecədən başlayan qar Mil-Muğan bölgəsini də ağ örpəyə bürüyüb. Bu hava şəraiti həm də kənd təsərrüfatı üçün vacibdir.