CƏMİYYƏT


Qarlı hava şəraitindən istifadə edərək ölkə ərazisinə 24 kq narkotik keçirən şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən həyata keçirilən daha bir xüsusi əməliyyat nəticəsində kəskin hava və relyef şəraitindən istifadə etməklə ölkə ərazisinə qeyri-leqal yollarla külli miqdarda narkotik vasitə keçirən mütəşəkkil cinayətkar dəstənin daha bir üzvü saxlanılıb. Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı Yardımlı rayon sakini Vüsal Vəliyev saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi avtomobidən ümumilikdə 24 kiloqram, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6 kiloqram marixuana aşkar olunub. İlkin sorğu zamanı Vüsal Vəliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan “Nehmət” adlı İran vətəndaşından əldə etdiyini bildirib.