DÜNYA


İllinoys ştatında açıq silah satışı qadağan olunub

Amerikanın İllinoys ştatında silahların açıq satışını qadağa edən qanun qüvvəyə minib. Ştatın qubernatoru Cey Robert Pritzker bildirib ki, bu qanun yüzlərlə insanın həyatını xilas edəcək. Yeni qərarın təxminən 2,5 milyon silah sahibinə təsir edəcəyi gözlənilir. Demokratlar qanun layihəsini qəbul etdikdən sonra bir-birini qucaqlayaraq birlik nümayiş etdiriblər. Bununla da artıq ABŞ-da kütləvi atışlamarın qarşısını almaq məqsədi ilə qəbul edilən qanun 9 ştata şamil olunur.